Ziya Məmmədovun qardaşından AMEA rəhbərinin hərəkətinə REAKSİYA

23.01.2026

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Ziyarət zamanı AMEA əməkdaşlarından birinin İsa Həbibbəyliyə çətir tutması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 
Bu barədə AMEA-nın İşlər İdarəsinin müdiri, texnika elmləri doktoru, professor, sabiq deputat Elton Məmmədov Demokrat.az-a açıqlama verib. 
O hazırda AMEA-da çalışdığını və baş verənlərlə razı olmadığını deyib:
“Hazırda məzuniyyətdəyəm, lakin bu müddətdə Akademiyaya qarşı edilən hücumları ədalətsiz hesab edirəm. Bu gün AMEA öz səlahiyyətləri və funksional istiqamətləri çərçivəsində fəaliyyət göstərir və üzərinə düşən elmi vəzifələri yerinə yetirir. Akademiyada elmi baxımdan gözlənilən bütün işlər aparılır. Təəssüf ki, son dövrlər Azərbaycan elmi mühitinə qarşı, o cümlədən AMEA-nın ünvanına yönəlmiş əsassız qarayaxma kampaniyaları müşahidə olunur”.
E.Məmmodov İsa Həbibbəyliyə çətir tutan şəxsin işdən çıxarılma məsələsinə də toxunub:
“Mən də bunu sizin kimi mediadan izləmişəm. İsa müəllim kifayət qədər təvazökar və prinsipial insandır. O, heç vaxt öz adına uyğun olmayan hallara yol verən şəxs olmayıb. Bütün bunlar, açığı, cəmiyyətdə formalaşdırılan subyektiv fikirlər və xoşagəlməz ictimai rəylərdir. Bu səbəbdən xahiş edərdim ki, baş verənlərə görə bütün Akademiyanın üzərinə kölgə salınmasın və görülən elmi işlər gözdən salınmasın. AMEA bu gün dövlətin elmi və ictimai qurumudur və Cənab Prezidentin 80 illik yubiley tədbirində səsləndirdiyi proqram xarakterli tapşırıqlara uyğun şəkildə fəaliyyətini davam etdirir”.
Leyla Turan 
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью