Ziya Rəcəbov: Turan voleybol komandasının hədəfləri böyükdür | Icma.az
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tovuzun "Turan" voleybol komandası yeni yaradılsa da, hədəfləri çox böyükdür.
İdman.biz xəbər verir ki, bu barədə "Report"a bölgə təmsilçisinin baş məşqçisi Ziya Rəcəbov açıqlama verib.
O, klubun məqsədləri barədə danışıb: "Qarşıdakı Azərbaycan çempionatında finaladək irəliləmək istəyirik.
Həlledici raunda vəsiqə qazanırıqsa, niyə çempion olmayaq? Bu, ilk mövsümdəki istəklərimizdir.
Yerli mütəxəssisə etimad göstərdiyi üçün klub rəhbərliyinə təşəkkür edirəm. Bu il yerli çempionatda yüksək nəticə göstərmək niyyətindəyik.
Sonrakı ildə hədəflər daha da böyüyəcək, avrokuboklarda iştirak etməyi planlaşdırırıq".
Mütəxəssis komandanın heyətinin artıq formalaşdığını söyləyib: "Yaxın günlərdə iki əcnəbi voleybolçunun transferi gözlənilir.
Tam oxu
Xəbəri oxu