Icma.az bildirir, Oxu.az portalına istinadən. Dövlət Statistika Komitəsi sədrinin keçmiş müavini və Aparat rəhbəri Ziyad Abbasəliyev 76 yaşı
Oxu.Az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər. Qeyd edilib ki, o bu gün dünyasını dəyişib.
Z.Abbasəliyev 1996-cı ilin fevralından Dövlət Statistika Komitəsində Əhalinin Siyahıya alınması idarəsinin rəisi və komitə sədrinin müavini vəzifəsini icra edib.
2005-ci ildə Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.
2011-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. 2015-ci ildən öz istəyi ilə təqaüdə çıxıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.