Ziyarətçi heykəlin dar hissəsində ilişərək hərəkətsiz qalıb

27.11.2026

Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ziyarətçi heykəlin dar hissəsində ilişərək hərəkətsiz qalıb


Hindistanda baş verən qeyri-adi hadisə ətrafdakı insanların təəccübünə səbəb olub. Arzusunun gerçəkləşəcəyinə inanaraq mərmər fil heykəlinin altından keçmək istəyən şəxs gözlənilməz vəziyyətlə üzləşib.
Belə ki, həmin şəxs yerli inanclara əsasən uğur və niyyətlərin qəbul olunması ilə əlaqələndirilən qədim adəti yerinə yetirmək məqsədilə heykəlin ayaqları arasından keçməyə cəhd edib. Lakin fiziki ölçülərini düzgün hesablamayan ziyarətçi heykəlin dar hissəsində ilişərək hərəkətsiz qalıb.
Vəziyyəti görən ətrafdakı insanlar dərhal ona kömək etməyə çalışıblar. Hadisə yerində yaranan maraqlı mənzərə ətrafdakıların diqqətini çəkib və lentə alınan görüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq geniş müzakirələrə yol açıb.
Qeyd edək ki, fil fiquru Hindistanda və bir sıra digər Asiya mədəniyyətlərində xoşbəxtlik, bolluq, müdriklik və uğur rəmzi hesab olunur. Xüsusilə Hindistandakı bəzi məbədlərdə mövcud olan inanca görə, fil heykəlinin altından heç bir maneəyə ilişmədən keçə bilən insanın arzuları gerçəkləşir və o, mənəvi cəhətdən təmizlənir.
Hadisə zamanı sözügedən şəxsin ciddi xəsarət almadığı və ətrafdakıların köməyi ilə xilas edildiyi bildirilir.
Şahmurad

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью