Ziyeç qərarını verdi: Transferdə gedəcəkmi?

13.11.2024

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Bu mövsüm "Qalatasaray"da oynamaq şansı olmayan Hakim Ziyeçi klubdakı gələcəyi maraqlandırıb.

News24.az xəbər verir ki, uzun müddət zədə səbəbindən formasından məhrum olan mərakeşli ulduzun sarı-qırmızılıları tərk edəcəyi ilə bağlı iddialar var idi.

Ziyeçin fasilədə "Qalatasaray"dan ayrılmaq fikrindən daşındığı iddia edilib.

Bundan başqa, sarı-qırmızılıların məşqçisi Okan Burukun 27 yaşlı futbolçunun formasını yaxından izləmək istədiyi bildirilib.

Ziyeçin stabil formada qalacağı təqdirdə liqanın ikinci yarısında "Qalatasaray"ın formasını geyinəcəyi bildirilib.

Günel Məlikzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью