Icma.az, Footbal-plus portalına istinadən məlumat verir. ''Qalatasaray''ın səfərdə ''Bodrum''u Batşuayinin qolu ilə minimal hesabla yendiyi
Osimhen rəqibindən sıyrılaraq topla cərimə meydançasına daxil oldu. Nigeriyalı forvard özü də zərbə vura bilərdi.
Amma paxıllıq etməyərək daha yaxşı mövqedə olan Ziyeşə topu ötürdü.
Qapıçı artıq qapısını tərk etdiyindən Ziyeşə yalnız sakitcə topu boş qapıya göndərmək qalırdı.
Amma merakeşli ulduz daha çətin olan edərək topu qapının üstündən vurdu!
Bu inanılmaz fürsətin qaçmasından sonra hətta Ziyeş özü də təəccübünü gizlədə bilmədi.
Epizod nəinki Türkiyədə, hətta Avropanın bir çox ölkələrində də müzakirələr səbəb oldu.
Məsələn, İngiltərənin ''Deyli Meyl'' nəşri epizodu ''Ziyeşin səhvi fanatları şoka saldı'' başlığı ilə paylaşaraq bunları yazdı: ''Çelsi''nin unudulan sabiq cinah oyunçusu ''Qalatasaray''ın ''Bodrum''u məğlub etdiyi oyunda inanılmaz bir fürsəti əldən verdi.