futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Çelsi”nin sabiq futbolçusu Hakim Ziyeş karyerasını İspaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, mərakeşli yarımmüdafiəçi “Sevilya” ilə danışıq aparır. Bu barədə türkiyəli jurnalist Ekrem Konur məlumat yayıb. Ziyeşin bu həftə qərar verəcəyi bildirilir.
2020-2023-cü illərdə “Çelsi”də forma geyinən 32 yaşlı futbolçunun son klubu “Əl Duhail” olub. Yarımmüdafiəçi bu ilin iyulundan klubsuzdur.