Ziyeş Qətərdə oynayacaq

29.01.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qalatasaray"ın futbolçusu Hakim Ziyeş karyerasını Qətərdə davam etdirəcək.

İdman.biz xəbər verir ki, mərakeşli yarımmüdafiəçi "Al-Duhail"lə anlaşıb.

31 yaşlı futbolçu İstanbul klubu ilə mövsümün sonunda başa çatacaq müqaviləyə xitam verilməsi istiqamətində danışıqlar aparır. "Qalatasaray" Hakimin alacıqlarında imtina edəcəyi təqdirdə onun sərbəst qalmasına şərait yaradacaqlar.

Qeyd edək ki, Ziyeş bu mövsümdə bütün turnirlərdə 11 oyunda meydana çıxıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью