Ziyeşin Okan Buruka “aşağı profilli məşqçi” dediyi iddia olunur

18.12.2024

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Türkiyənin “Qalatasaray” klubunun mərakeşli ulduzu Hakim Ziyeşin baş məşqçi Okan Burukla bağlı qalmaqallı sözlər dediyi iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İdman gecəsi” verilişində jurnalist Haluk Yürekli danışıb.
O iddia edib ki, Ziyeş artıq “Sarı-qırmızılılar”da oynamaq istəmir. Jurnalistin sözlərinə görə, tanıdığı şəxslərdən biri təyyarədə Ziyeşlə qarşılaşıb və aralarında belə bir dialoq keçib:
- Niyə oynamırsan?
- “Qalatasaray” mövzusu mənim üçün bağlanıb. Oynamaq istəmirəm, yanvarda gedəcəyəm.
- Bəs Okan Buruk?
- Okan Buruk kimi aşağı profilli məşqçi görməmişəm.
- Səncə “Qalatasaray” çempion ola biləcək?
- Vecimə deyil... Məndən əl çəksinlər, nə olur, olsun. Onsuz da gəldiyimə peşmanam.
Hələ ki, iddialara bağlı tərəflərdən hər hansı reaksiya verilməyib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью