Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
''Qalatasaray'' macərası istədiyi kimi keçməyən və qışda Qətərə yollanan Hakim Ziyeş burda da özünü yaxşı tərəfdən göstərə bilməyib.
Belə ki, ''Əl-Duhail'' yanvarın sonlarında heyətinə qatdığı təcrübəli merakeşli futbolçu ilə yolların ayrıldığını açıqlayıb.
Yəni Ziyeşin Qətər macərası cəmi 5 ay çəkib. Halbuki 32 yaşlı futbolçu ilə 2,5 illik müqavilə imzalanmışdı.
Niderland mətbuatında bu sürpriz olayla bağlı qeyd olunan xəbərdə ayrılığın səbəblərinin tam olaraq bilinmədiyi qeyd olunub.
Ancaq böyük ehtimalla Qətərdə legioner limiti ilə bağlı qəbul olunan yeni qərar da bu ayrılıqda az rol oynamayıb.
Gələn mövsümdən etibarən Qətərdə legioner limiti sərtləşdiriləcək.
Ziyeşin ''Əl-Duhail''də forma geydiyi 13 rəsmi oyunda aktivinə yalnız 1 qol, 1 məhsuldar ötürmə yaza bildiyini vurğulayaq.