Ziynətlə,Məryəmdi dostlarım mənim

28.03.2026

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yolumuz da birdi,izimiz də bir,

Hər an söhbətimiz,sözümüz də bir.

Bizləri isidən közümüz də bir,

Ziynətlə,Məryəmdi dostlarım mənim.

******

Hər zaman şirindi qardaş balası,

Hər an ürəyimdə,qəlbdə qalası.

Şirin yuxu olub gözə dolası,

Ziynətlə,Məryəmdi dostlarım mənim.

******

Hara gediriksə,birgə gedirik,

Hər an şirin-şirin söhbət edirik.

Biri-birimizə hər an çətirik,

Ziynətlə,Məryəmdi dostlarım mənim.

******

Heç zaman inciyib,heç vaxt küsməzlər,

Dar gündə dostundan əlin üzməzlər.

Acı sözləriylə dostu əzməzlər,

Ziynətlə,Məryəmdi dostlarım mənim.

******

Onlar çox ağıllı,çox kamallıdı,

Söhbəti şirindi,sözü ballıdı.

Hər an xoş fikirli,xoş xəyallıdı,

Ziynətlə,Məryəmdi dostlarım mənim.

******

Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə edilməsi ixtisasının magistratura tələbəsi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью