Zlatan İbrahimoviç ən nifrət etdiyi futbolçunun adını açıqlayıb | Icma.az
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. Məşhur isveçli hücumçu Zlatan İbrahimoviçin Edinson Kavani ilə münasibəti pis olub.
Oxu.Az xəbər verir ki, bunu Zlatanın "Los-Anceles Qalaksi"dəki keçmiş komanda yoldaşı Mikael Siani açıqlayıb.
O, isveçli əfsanənin Kavaniyə nifrət etdiyini deyib. "Əgər Kavani ilə yaxın olsaydınız, bu, İbranın xoşuna gəlməzdi.
Ya İbranın yanındasan, ya da ona qarşısan. O mənə Loran Blanla PSJ-də hər şeyin yaxşı olduğunu söylədi.
Onun anlaşa bilmədiyi yeganə insan Kavani idi. O mənə dedi ki, karyerasında cəmi üç-dörd nəfərə, ən çox da Edinsona nifrət edir".
Qeyd edək ki, Kavani və İbrahimoviç 2013-2016-cı illərdə PSJ-də birgə çıxış ediblər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu