Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“İndiki Zlatan”ın ən böyük ambisiyası ətrafındakı insanları xoşbəxt etməkdir".
QOL.az xəbər verir ki, bu sözləri “Milan”ın sahiblərinin müşaviri Zlatan İbrahimoviç futbolçu karyerasını başa vurduqdan sonrakı həyatı və şəxsi ambisiyaları barədə danışarkən deyib. O, sözərinə belə davam edib:
“Kim Zlatanı sevmir ki? Zlatan hamı üçündür. Ona görə də, bəli, xoşbəxtəm.
Həyatımdan razıyam və ondan zövq alıram. Futbol oynayan iki oğlum var. Onlar vasitəsilə öz həyatımı yaşamağa çalışıram, amma onlara təzyiq etmirəm və məcbur etmirəm. Öz istəkləri ilə oynayırlar. Mənim ambisiyam ətrafımdakı insanları xoşbəxt etməkdir. Onlar xoşbəxtdirsə, mən də xoşbəxtəm. Əgər onlara nəsə verə bilirəmsə, bunu edəcəyəm.
Mən nəyisə sadəcə yaxşı görünmək üçün etmirəm. Çox vaxt diqqət mərkəzində olmamağa üstünlük verirəm.
Bütün bunlar yeni nəsil üçündür. Hər şeyin siması onlardır. Əgər nəyisə dəyişə bilirəmsə, bunu edəcəyəm. Amma bu, Zlatanın indiki versiyasıdır. Futbol oynadığım vaxt isə başqa bir versiya idi”.