Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 6 fevral, AZƏRTAC
İtaliyanın "Milan" klubunun və İsveç millisinin keçmiş futbolçusu Zlatan İbrahimoviç Olimpiya məşəlinin alovlandırılması mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, 44 yaşlı keçmiş futbolçu Milanda Qış Olimpiya Oyunlarının məşəlini daşıyıb.
Olimpiada tarixində ilk dəfə iki Olimpiya məşəli alovlandırılır. Onlardan biri Milanda, şəhərin ikonik abidəsi olan Sülh Tağının yaxınlığında, digəri isə Kortina d'Ampetsoda, Piatsa Dibona meydanında yerləşir.
Oyunların açılış mərasimi bu gün “San Siro” stadionunda təşkil olunacaq və tədbir Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bununla da Oyunlar rəsmən açıq elan olunacaq.
Qeyd edək ki, Zlatan İbrahimoviç 2023-cü ildə karyerasını başa vurub. Onun son klubu “Milan” olub.