Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç kriminal janrda çəkilən “Qanqsterlend” (“MobLand”) serialının üçüncü mövsümündə cani obrazını canlandıracaq.
KONKRET.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti mənbəyə istinadən məlumat yayıb.
“Zlatan cani roluna tam uyğundur. Onun xarici görünüşü bu obraz üçün münasibdir. Üstəlik, 196 santimetr boyu ilə kifayət qədər əzəmətli görünüşə malikdir”, – deyə mənbə bildirib.
Ekran əsərində artıq Tom Hardi, Pirs Brosnan və Helen Mirren kimi tanınmış Hollivud aktyorları çəkilsə də, İbrahimoviçin iştirakı seriala əlavə diqqət cəlb edə bilər. Hələlik sabiq futbolçunun hansı obrazı canlandıracağı və rolunun nə qədər geniş olacağı məlum deyil.
Qeyd edək ki, Zlatan İbrahimoviç 2023-cü ilin iyununda, 41 yaşında peşəkar futbolçu karyerasını başa vurub.