Zlatko Daliç milli komandanın baş məşqçisi təyin olundu

13.08.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zlatko Daliç milli komandanın baş məşqçisi təyin olundu

Xorvatiya millisinin sabiq baş məşqçisi Zlatko Daliç Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yığmasının sükanı arxasına keçib.

QOL.az xəbər verir ki, bu barədə BƏƏ Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Daliç bu vəzifədə may ayında istefaya göndərilən Kosmin Olaroyunu əvəzləyib. Rumıniyalı mütəxəssislə yollar DÇ-2026-nın seçmə mərhələsindəki uğursuzluqdan sonra ayrılıb.

Qeyd edək ki, Daliç 9 il çalışdırdığı Xorvatiya millisindən bu ilin iyulunda ayrılıb. Onun rəhbərliyi altında komanda DÇ-2018-in gümüş, DÇ-2022-nin bürünc medalını qazanıb. Xorvatiya həmçinin 2022/23 mövsümündə Millətlər Liqasını ikinci pillədə başa vurub.

Xorvatiya DÇ-2026-da isə 1/16 finalda Portuqaliyaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью