Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Bu gün müasir kriminal oğruların heç biri siyasətə qarışmır.
Yəni, məsələn, dövlət səviyyəsində bir haqsızlıq varsa, bu, onlar üçün maraqlı deyil, daha dəqiq, onların öz qanunları, ədalət prinsipləri var.
Bu, doğru yanaşmadır, ya yox, başqa bir söhbətin mövzusudur. Fəqət indi məsələ siyasətə qarışmayan yox, məhz siyasətə qarışan oğrulardır.
Kriminal dünya tarixində bu cür faktlar bir əlin barmağını keçmir.
Ümumiyyətlə, kriminalın Qafqazda yaranma və yayılması birbaşa siyasət olsa da, sonradan təbii şəkildə formalaşan qanunlar bunu qadağa edib.
Kriminalda siyasətə qarışmaq qəbul edilmir, qarışanlar, məsələn, zaman-zaman “killer”lik edənlər, kimlərinsə “qoçu”ları olanlar da oğru hesab edilmir.
Siyasətə fərqli formada qarışan oğrulardan biri də Azərbaycana, azərbaycanlı kriminal oğruya aiddir. Bəs, o, kimdir?
Qanuni oğru, yoxsa mərhum, sabiq daxili işlər naziri Sürət Hüseynovun adamı?!