Zobu, depressiyanı müalicə edən MÖCÜZƏLİ DAŞ | Icma.az
Icma.az, Saglamolun saytına istinadən bildirir. Kəhrəba əslində daş deyil. Bu qədim ağacların daşlaşmış qətranıdır.
Kəhrəba qədim zamanlarda əsasən müalicəvi vasitə kimi istifadə olunurdu.
Təbiblər kəhrəba tozunu zəhərlənmə, epilepsiya, cinsi zəiflik, sonsuzluq və bir çox digər xəstəliklərin müalicəsində istifadə edirdi.
Saglamolun.az bildirir ki, dahi təbib İbn Sina (Avisenna) kəhrəbanın köməyi ilə dabanlarda çatlardan başlayaraq böyrək daşlarına qədər bir çox xəstəlikləri müalicə edirdi.
Elmdə sübut olunub ki, kəhrəba orqanizmə fizioterapevtik təsir edir. Kəhraba əhvalı yaxşılaşdırır, depressiyanı azaldır, yuxunu tənzimləyir.
Yuxusuzluqdan əziyyət çəkən insanlara yastığa kəhrəba daşı qoymağı tövsiyə edirlər.
Qədimdə narahat yatan körpənin beşiyinin üzərində kəhraba daşı asırdılar.
Kəhrəba immun sisteminə stimullaşdırıcı təsir edir, soyuqdəymə xəstəliklərin riskini azaldır.
Tam oxu
Xəbəri oxu