Zöhrab Əzimovdan Tailandda nokautla qələbə FOTO

09.06.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dəfələrlə Azərbaycan çempionu, peşəkarlararası Azərbaycan kəmərinin sahibi Zöhrab Əzimov Tailandın Samuy adasında keçirilən beynəlxalq “Muay-Tay EAGLE RISES” gecesində iştirak edib.

İdman.biz xəbər verir ki, ikiqat WAKO Avropa çempionu və dünya çempionatlarının mükafatçısı, peşəkar döyüşlərin qalibi 70 kq çəki dərəcəsində yerli idmançı Petç Kaolanla döyüşüb.

O, rəqibinə 2-ci raundda nokautla qalib gəlib.

Qeyd edək ki, Əzimov 1 aydır Samuy adasında Azərbaycan Kikboksinq Federasiyasının milli komandasının üzvü, İslam Həmrəyliyi Oyunlarının qalibi, dünya çempionu və Avropa çempionatlarının mükafatçısı Bəhram Rəcəbzadə ilə birlikdə Super Pro idman düşərgəsində təlim-məşq toplanışlarında hazırlıq keçib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью