Zöhrab Qədirov müdir təyin OLUNDU

24.02.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyinin Xarici maliyyə institutları və investisiya fondları ilə iş şöbəsinə yeni müdir təyin olunub.

Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Zöhrab Şakir oğlu Qədirov təyin edilib.

Qeyd edək ki, Z.Qədirov bu təyinatadək Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO)icraçı direktorunun müavini vəzifəsində çalışıb. O, 2022-ci ildən bu postu tutub.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью