Zöhrə Ağamirova məşqçiliyə başlayır İdman və Biz

02.01.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İdmançı karyerasını yenicə başa vuran azərbaycanlı gimnast Zöhrə Ağamirova məşqçiliyə başlayır.

İdman.biz xəbər verir ki, o, "Ocaq Sport" klubunda məşqçi statusunda ilk addımlarını atacaq. Klub artıq Ağamirovanın onlarda bədii gimnastları çalışdıracağını açıqlayıb.

O, yanvarın 6-dan 11-dək həm Heydər Əliyev adına İdman-Konsert Kompleksində, həm də Bakı Olimpiya Kompleksində ilk məşqlərini keçirəcək.

Qeyd edək ki, Ağamirova iki dəfə olimpiadada çıxış edib, topla hərəkətdə Avropa çempionatının bürünc medalını qazanıb, İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi və dəfələrlə Universiadanın mükafatçısı olub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью