Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Neftçilər prospektində yol hərəkəti qaydalarını pozan sürücü avtomobil kamerasına tuş gəlib. Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 31-də saat 12:11 radələrində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, “Nissan” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan qəfil sağa manevr edib. Bu zaman görüntünü qeydə alan sürücü üçün qəza təhlükəsi yaranıb və o, baş verəcək hadisənin qarşısını almaq üçün dərhal sağ zolağa keçməyə məcbur olub.
Qeyd edək ki, zolaq dəyişərkən əvvəlcə güzgülərə və arxaya baxmaq, siqnal vermək yol hərəkəti təhlükəsizliyi üçün vacibdir. Bu cür diqqətsizlik qəza riskini artırır, ən pis halda isə qəzanı qaçılmaz edir.
Nərmin
Oxunub 178