Zooparka girib timsahı döydülər

15.09.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Avstraliyanın Pert şəhərində iki yeniyetmə zooparka qanunsuz daxil olaraq timsahı dəmir çubuqla döyüb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, polisin məlumatına görə, yeniyetmələr zooparkın hasarlarından birinin qıfıllarını kəsərək əraziyə daxil olublar. Daha sonra timsaha metal çubuqla bir neçə dəfə zərbə endiriblər.

Müstəntiqlər həmçinin şübhəlilərin hadisəni qeydə alan müşahidə kameralarını sökdüyünü bildiriblər.

Yeniyetmələr hadisədən bir gün sonra Pert ətrafındakı müxtəlif ünvanlarda saxlanılıb. Onlara əmlaka ziyan vurma, əraziyə qanunsuz daxil olma və heyvanlara qarşı qəddarlıq ittihamları irəli sürülüb.

Zoopark rəsmiləri timsahın yüngül xəsarət aldığını və hazırda baytarların nəzarətində saxlanıldığını açıqlayıblar.  

Rəsmilər yeniyetmələrin hərəkətlərini “ehtiyatsız və məsuliyyətsiz” adlandıraraq onların həm heyvan, həm də insanlar üçün təhlükə yaratdığını bildiriblər.

Murad İsmayıl 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью