Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Braziliyanın Joao-Pessoa şəhərində bütün ölkəni sarsıdan faciə baş verib.
Ölkə.az "NBC News"a istinadla xəbər verir ki, Parque Zoobotânico Arruda Câmara zooparkında 19 yaşlı gənc şirlər üçün nəzərdə tutulmuş qəfəsə daxil olduqdan sonra oradakı şir dişisi tərəfindən parçalaraq öldürülüb.
Şahidlərin və zoopark rəhbərliyinin sözlərinə görə, gənc altı metrlik hündür hasarı aşıb, daha sonra bir ağacdan aşağı enərək birbaşa heyvanlar üçün ayrılmış əraziyə daxil olub. Zooparkın ziyarətçiləri onu dayandırmağa çalışsa da, dişi şir gəncə bir neçə saniyə içində hücum edib və onu xilas etmək mümkün olmayıb.
Hadisədən sonra zoopark dərhal bağlanıb, əraziyə həkimlər, polis və vəhşi heyvan mütəxəssisləri cəlb olunub. Sonradan məlum olub ki, ölən şəxs ağır psixi pozuntulardan əziyyət çəkirmiş.
Həmidə İbrahimova