Zooparkda ölən nəhəng heyvanların cəsədi necə yox edilir?

24.11.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Heç düşünmüsünüzmü, zooparklarda ölən heyvanların cəsədləri ilə nə edirlər? Bir müddət əvvəl zooparkda toxunma papağı udduğu üçün məşhur begemot Fiona ölmüşdü. Bəs belə nəhəng heyvanların cəsədləri ilə necə davranırlar? Onlar üçün xüsusi, böyük qəbiristanlıqlar yaradılır, nəhəng çalalar qazılaraq basdırılır, yoxsa iri tonqallarda yandırılır?

Məlum olur ki, belə heyvanların cəsədlərinin basdırılması sanitar normalara görə məhdudlaşdırıla bilər. Lakin bu problemin həlli üçün bir neçə fərqli üsul mövcuddur.

1. Sənaye üsulu ilə kremasiya

Belə nəhəng heyvanların yandırılması üçün xüsusi iri sobalarla təchiz edilmiş sənaye krematoriyaları mövcuddur. Kremasiya nəticəsində əldə edilən kül ya xüsusi qaydada utilizasiya olunur, ya da müəyyən hallarda torpağın zənginləşdirilməsi üçün istifadə edilir.

2. Baytarlıq-sanitariya müəssisələrində utilizasiya

Bu üsul da kifayət qədər maraqlıdır. Xüsusi müəssisələrdə heyvan cəsədləri yüksək temperatur və təzyiq altında emal edilərək zərərsizləşdirilir.

Nəticədə sümük unu, heyvan mənşəli yağlar və bəzi hallarda bioyanacaq əldə olunur. Bu proses sənayedə renderinq adlanır.

Texnologiyanın gəldiyi nöqtəyə baxın!

3. Qələvi hidroliz – ən maraqlı üsul

Bu üsul, yəqin ki, ən çox təəccüb doğuranıdır.

Heyvanın cəsədi su və qələvi məhlulu ilə doldurulmuş xüsusi böyük konteynerə yerləşdirilir. Daha sonra yüksək temperatur və təzyiq altında emal prosesi həyata keçirilir.

Bir neçə saat ərzində yumşaq toxumalar parçalanır və nəticədə əsasən sümükdən qalan mineral çöküntü əldə olunur.

Beləliklə, dostlar, xüsusilə bu mövzuya maraq göstərənlərə bir xəbərim var: filmlərdə gördüyünüz kimi, insan cəsədini sadəcə vannanın içində turşuya salmaqla izsiz yox etmək mümkün deyil. Belə proseslər üçün tamam başqa texnologiyalar tələb olunur.

Təbiətin ən nəhəng canlılarının ölümü belə müasir texnologiyaların qarşısında çıxılmaz problem deyil.

Ağagül Mürsəlov,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью