Zooparkda yeni doğulan yaquar balasına ulduz futbolçunun adını qoydular

04.11.2024

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

"Lo Zoo di Napoli" yeni doğulan yaquar balasına ulduz hücumçu Romelu Lukakunun adını verib.

Fanat.Az "Goal"a istinadən xəbər verir ki, bu barədə zooparkın sosial şəbəkədəki səhifəsində məlumat paylaşılıb.
Qərarı izah edən zooparkın kuratoru Dr Fiorella Saqqese belə deyib: "Zoopark stadiona yaxındır, hər oyuna baxırıq və hamımız böyük futbol azarkeşiyik. Bu, "Napoli"yə verilən qiymətdir və komandaya bu mövsüm uğurlar arzulayırıq".
Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью