“Zorakılığın öz kodları var...”

06.11.2026

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

“Zorakılıq edən şəxslə niyə işləmək lazımdır? Onu cəzalandırmaq kifayət deyilmi? Bu sualı mənə dəfələrlə veriblər. Cavabım həmişə eynidir. Cəza zorakılığı dayandırır, amma onun səbəbini aradan qaldırmır. Cəzasını çəkən şəxs evə qayıdır”. 

Adalet.az xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. 

“Əgər içindəki mexanizm dəyişməyibsə, onunla birlikdə zorakılıq da geri qayıdıraq davam edir. Zorakılığın öz kodları var. Uşaqlıqda öyrənilən modellər, idarə olunmayan qəzəb, kişilik və ya hökmlü olmaq haqqında yanlış təsəvvürlər, nəzarət ehtiyacı və s. Bu kodları açmadan zorakılığı həqiqətən dayandırmaq mümkün deyil. “Zorakılığın kodları” kitabımda zorakılıq törədən şəxslərlə işin metodikasını təqdim etmişəm. Çünki qadını (kişini) qorumağın ən etibarlı yolu zorakılığı mənbəyindən dayandırmaqdır.Sizcə, zorakılıq edən insan dəyişə bilərmi?”, - deyə o, sual edib. 

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью