Zoran Milanoviç Xorvatiyada keçirilən prezident seçkilərində qalib gəlir

29.12.2024

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Xorvatiyanın hazırkı prezidenti Zoran Milanoviç prezident seçkilərinin birinci turunda 51,5 faiz səs toplayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qərb mediası exit-poll nəticələrinə istinadən bildirib.

Bildirilib ki, beləliklə, o, prezident postunu qoruyub saxlamağa yaxındır.

Onun əsas rəqibi, hakim sağçı mühafizəkar Xorvatiya Demokratik Birlik partiyasının namizədi, keçmiş elm naziri Draqan Primorak 19,3 faiz səs toplayıb.

Prezident seçkilərində ümumilikdə 8 namizəd iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью