Zorlamada şübhəli bilinir, milliyə də çağırılmadı

07.11.2024

Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Real Madrid"in hücumçusu Kilian Mbappe Millətlər Liqasının qrup mərhələsinin qarşıdakı oyunları üçün Fransa millisinə çağırılmayıb.

Publika.az xəbər veri ki, bu barədə Fransa Futbol Federasiyasının saytı məlumat yayıb.

23 futbolçunun yer aldığı siyahıda son beynəlxalq fasilədə yalnız vacib oyunlarda iştirak etmək istədiyini bildirən, həmçinin zorlamada şübhəli bilinən Mbappenin adı yer almayıb.

Fransa noyabrın 14-də İsrail, 17-də isə İtaliya ilə qarşılaşacaq.

Hüseyn İbadlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью