Icma.az, Fanat saytına istinadən bildirir.
"Arsenal"ın hədəfində olan Martin Zubimendi "Real Madrid"ə keçmək üçün şifahi razılıq verib.
Fanat.Az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "kral klubu" bu transferi rəsmiləşdirmək üçün tələsmir və əvvəlcə yarımmüdafiə xəttindəki durumu dəqiqləşdirmək istəyir.
Madrid təmsilçisi "Mançester Yunayted"in transfer siyahısında yer alan Eduardo Kamavinqa üçün rəsmi təklifin gəlməsini gözləyir.
Fransız yarımmüdafiəçinin satışı reallaşacağı təqdirdə, "Real" dərhal Zubimendinin transferi üçün hərəkətə keçəcək.