Modern.az saytına istinadən Icma.az xəbər verir.
"Qarabağ"ın futbolçusu Abdullah Zubir komandadan ayrılacağına dair iddialara münasibət bildirib.
Modern.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi "Sportnet"ə bildirib ki, Qətərin "Əl Şahaniyə" klubuna keçəcəyinə dair "L`Equipe" nəşrinin xəbəri həqiqətə uyğun deyil.
O, hazırda tam diqqətini "Qarabağ"a yönəltdiyini vurğulayıb:
"Mən burada - "Qarabağ"dayam. Komandanın hazırlıq prosesində iştirak edirəm. Avstriya toplanışında və avrokubok qarşılaşmalarında iştirak edəcəyəm. Bir sözlə, komandanı tərk etməyəcəyəm. Çünki 2027-ci ilin iyununadək bu klubla müqaviləm var".
Xatırladaq ki, Abdullah Zubir "Qarabağ"da 1 iyul 2018-ci ildən çıxış edir və bu müddət ərzində komandanın ən vacib oyunçularından birinə çevrilib.