Zubir: Ən çətin görüşlər hələ qarşıdadır

31.07.2025

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qarabağ"ın kapitanı Abdellah Zubir Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelburn”la görüşdə qazandıqları qələbəni (1:0, ilk oyun - 3:0) şərh edib. 

Sportal.az saytına danışan təcrübəli futbolçu həmin görüşü dəyərləndirib:

"Şelburn"a qarşı matç asan alınmadı. Amma belə olacağını da gözləyirdik. İlk matçdakı hesaba baxmayaraq, bu oyunda da rəqib bizi öz meydançasında qarşılayırdı. Qol vurduqdan sonra hücumlar yaratmaq asanlaşdı. Əsas vəzifə qələbə qazanmaq və növbəti mərhələyə yüksəlmək idi. Bu turnirdə öz hədəflərimiz var. Mümkün qədər irəli getməyə çalışacağıq. Ən çətin görüşlər hələ qarşıdadır".

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью