Zubir: Hər iki komanda güclüdür, səfərdə daha yaxşı oynamalıyıq

24.07.2026

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Avropa Liqasının seçmə mərhələsinin ikinci turunun ilk ÇSKA-ya qarşı Bakıda keçirilmiş və 0:0 hesabı ilə başa çatan oyunu haqda danışıb.

Sportal.az saytına açıqlama verən təcrübəli futbolçu rəqib barədə də bunları deyib:

"ÇSKA yaxşı komandadır. Qol vura bilərdik. Bunu etmək üçün çoxlu imkanlarımız var idi. Belə oyunlar olur. İndi bütün düşüncələrimiz cavab oyununa yönəlib. Səfərdə daha yaxşı oynamalıyıq. Maraqlı və gərgin oyun gözləyirik. Hər iki komanda güclüdür. Qələbə qazanmaq və irəliləmək üçün əlimizdən gələni edəcəyik”.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью