Zubir Qarabağ da 70 ci qolunu vurdu

29.09.2025

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Abdullah Zubir "Qarabağ"ın heyətində 70-ci qolunu vurub.

News24.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının VI turuna təsadüf edib.

O, "Qəbələ" ilə ev matçında (2:0) hesabı açıb. Zubir Ağdam klubundakı 70-ci qolunu 322-ci oyununda vurub.

Premyer Liqada 49 dəfə fərqlənən fransalı avrokuboklarda 16, ölkə kubokunda 5 qola sevinib.

Qeyd edək ki, Zubir "Qarabağ"da ilk qolunu da "Qəbələ"yə vurub. O, 2018-ci il sentyabrın 23-də keçirilən çempionat matçında (4:1) fərqlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью