futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ”dan ayrılan Abdullah Zubir kluba vida edib.
Futbolpress.az xəbər verir ki, fransalı vinger sosial şəbəkə hesabında bunları yazıb:
“8 ildən sonra mənim üçün yeni mərhələyə başlamağın vaxtıdır.
Bütün kluba, komanda yoldaşlarıma, məşqçilər heyətinə və xüsusilə üzərimdə çox böyük rolu olan baş məşqçimə təşəkkür etmək istəyirəm. Mənə göstərdiyi etimada və öyrətdiyi hər şeyə görə ona təşəkkür edirəm.
Ən əsası, bütün azarkeşlərə və ölkəyə mənə göstərdikləri inanılmaz sevgiyə görə təşəkkür edirəm. Dəstəyiniz və sevginiz bütün bu illər ərzində mənimlə olub”.
Zubir 2018-ci ildən “Qarabağ”da çıxış edirdi.