Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Abdullah Zubir "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan çox şey öyrənib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Report-a müsahibəsində Ağdam təmsilçisinin sabiq futbolçusu deyib.
O, uzun illər rəhbərliyi altında oynadığı Qurban Qurbanovla bağlı fikirlərini bölüşüb:
"Qurban Qurbanov böyük məşqçi və taktikdir. O, futbol sahəsində dərin biliklərə malik şəxsdir. Birlikdə çox böyük uğurlar qazandıq və onunla işlədiyim müddətdə çox şey öyrəndim".
Qeyd edək ki, A.Zubir hazırda Səudiyyə Ərəbistanının I Liqa təmsilçisi "Əl-Oruba"nın formasını geyinir.