Zubirdən yubiley qolu: AZƏRBAYCAN “300”Ə ÇATDI

10.07.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

“Qarabağ”ın futbolçusu Abdullah Zubirin UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Vestri” ilə oyununda vurduğu qol yubileylə əlamətdar olub.

Apasport.az xəbər verir ki, bu top Azərbaycan klublarının turnirdəki 300-cü qolu kimi tarixə düşüb.

Əvvəl UEFA kuboku, sonradan UEFA Avropa Liqası adlanan turnirdə keçirilən əvvəlki 283 qarşılaşmada təmsilçilərimiz 298 qol vurmuşdu. “Qarabağ”ın İslandiya klubu üzərindəki 3:0 hesablı qələbəsi ilə bu rəqəm 301-ə yüksəlib.

Azərbaycan komandalarının həm avrokuboklarda, həm də bu turnirdə ilk qolu 1995/96 mövsümündə qeydə alınıb. UEFA kubokunun 1995-ci il avqustun 22-də keçirilən “Austriya” (Vyana, Avstriya) – “Kəpəz” görüşündə (5:1)  Yadigar Süleymanov fərqlənib.

Qurban Qurbanov: BUNA YOX DEMƏZDİK Zakaria Savo: Təvazökar olmalı və çox çalışmalıyıq Tahir Gözəl: “Qarabağ” tarixində ən böyük uğurlardan birinə imza ata bilərik” AL: “Qarabağ”dan inamlı qələbə - YENİLƏNİB Ruan Renato: Komandaya qollarla kömək etdiyim üçün çox xoşbəxtəm
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью