Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
"Abdullah Zubir həqiqətən möhtəşəm futbolçudur. O, ölkəmizə gəlib-getmiş barmaqla sayılacaq legionerlərdəndir ki, haqqında hələ çox danışılacaq".
Bu sözləri Fanat.Az-a açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Samir Əliyev deyib.
Tanınmış məşqçi 8 il "Qarabağ"ın uğurları üçün çalışan, bir neçə gün öncə "köhlənlər"in sıralarını tərk edərək Qətər çempionatına yollanan sol cinah hücumçusunun gedişinə münasibət bildirib:
"Təbii ki, burada oynadığı dönəmdə "Qarabağ"ın qazandığı uğurlarda onun da payı var. Zubir gənc futbolçuların kumiri, azarkeşlərin sevimlisidir. Səkkiz il az müddət deyil. O, "Qarabağ" tarixində iz qoymuş oyunçu kimi xatırlanacaq. Azərbaycan çempionatının səviyyəsinin artması üçün Zubir kimi oyunçuların burada oynaması vacib şərtdir. Digər tərəfdən, 34 yaşında getməsi də başadüşüləndir. Onun hələ bir müddət "Qarabağ"da yeri görünəcək".
Qeyd edək ki, Zubir 2018-ci ildən “Qarabağ”ın formasını geyinirdi. O, Ağdam təmsilçisinin heyətində keçirdiyi 369 oyunda 79 qol vurub və 96 məhsuldar ötürmə edib.
Nihat