Zubirlə Medinanın nə etdiyini gördük: “Qarabağ”ın son məşqində zədələnən olub?

28.01.2026

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çempionlar Liqasının liqa mərhələsinin sonuncu turu çərçivəsində “Liverpul”la qarşılaşacaq “Qarabağ” dünən AXA Təlim Mərkəzində oyunöncəsi son məşqə çıxdı.

Klubun sosial şəbəkə hesablarında yayılan görüntülərdə futbolçuların həvəslə məşq etdiyini gördük. Abdulla Zubirlə Kevin Medina yetərincə xoşbəxt görünür, söhbətləşir, gülürdü. Mateus Silva ciddi rejimdə məşq edirdisə, Pedro Bikalyo gərgin idi. Mateuş Koxalski, Dani Bolt, Kamilo Duran, Xoni Montiel, Marko Yankoviç, Leandro Andrade, Kris Kuaku, Fabian Buntiç, Aleksey Kaşuk, Kadi Borges və Sami Mmaenin də fəal olduğuna şahidlik etdik. Yerlilərin əhval-ruhiyyəsi də xoşagələn idi. Musa Qurbanlı, Nəriman Axundzadə, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov və Ramil Şeydayevin kefi kök idi.
Həmçinin “Qarabağ”ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyevin “Football-plus.az”a verdiyi məlumata görə, bu məşqdə zədələnən olmayıb. Yeri gəlmişkən, Mateus Silva və Kevin Medina sarı vərəqə ilə cəzalansalar, pley-offun ilk oyununu buraxacaqlar.
Xatırladaq ki, “Liverpul” – “Qarabağ” oyunu bu gün saat 00.00-da başlayacaq.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью