Zuğulba Mərdəkan yolunda AĞIR QƏZA KONKRET

26.07.2026

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Zuğulba-Mərdəkan şosesində ağır qəza baş verib.

KONKRET.az bildirir ki, manset.az-ın əldə etdiyi məlumata görə bu dəqiqələrdə adı çəkilən şossedə “Niva” markalı avtomobil ilə “BYD” markalı avtomobil toqquşub. Hər iki avtomobildə olan sərnişinlər ağır yaralanıb. Qəza nəticəsində “Niva” markalı avtomobil bir neçə dəfə aşıb. Hadisə yerinə polis əməkdaşları və Təcili Tibbi Yardım Briqadası cəlb edilib. Yaralılar təcili xəstəxanaya qaldırılıb.

Qəza nəticəsində yol qismən bağlanıb, uzun tıxac yaranıb. DYP əməkdaşları hazırda adıçəkilən yolda hərəkəti tənzimləməyə çalışır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью