Zuğulbada hərəkətdə olan “Mercedes Vito” yanaraq kül oldu VİDEO

13.07.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində avtomobil yanıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 12-də səhər saatlarında Zuğulba yaşayış massivində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobus qəfil alışaraq yanmağa başlayıb.

İlkin məlumata əsasən, yanğın nəqliyyat vasitəsinin ön hissəsində baş verib və qısa müddətdə digər hissələrə yayılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, mikroavtobus tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın söndürülərək alovun ətrafa yayılmasının qarşısı alınıb.

Nəqliyyat vasitəsi daha sonra evakuator vasitəsilə hadisə yerindən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью