Zukerberq Baydeni senzurada ittiham etdi: Zəng edib söyürdülər

11.01.2025

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Feysbuk, instaqram və vatsap sosial media platformalarının sahibi "Meta"nın qurucu CEO-su Mark Zukerberq ABŞ Prezidenti Co Bayden administrasiyasının pandemiya dövründə onlara təzyiq göstərdiyini bildirib.

Ölkə.Az xəbər verir ki, Zukerber bu barədə qonaq olduğu podkastda danışıb.

O deyib ki, Bayden administrasiyası bu müddət ərzində peyvənd əleyhinə olan tərəfdarlara senzura tətbiq etməyə çalışıb.

"Bayden administrasiyasından olan insanlar komandamıza zəng edir, qışqırır və bizi söyürdülər" - o deyib. 

Milyarder qeyd edib ki, sözügedən telefon zənglərin heç bir qeydi olmasa da, oxşar məzmunlu e-poçtlar var.

"Doğru və həqiqəti əks etdirən məzmunu silmək üçün bizə güclü təzyiq göstərdilər. Bir sözlə, vaksinlərin əlavə təsirləri olduğunu bildirən yazıların silinməsini istədilər".

Zukerberq onlara deyilənləri etmıədiklərini söyləyib.

Billurə
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью