Zukerberq TikTok a rəqib platforma yaradır

27.09.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

"Facebook"un yaradıcısı Mark Zukerberq "Meta AI" tətbiqini yeniləyərək ona yeni sosial platforma "Vibes" funksiyasını inteqrasiya edib. 

Milli.Az xəbər verir ki, "Vibes" "TikTok" və "YouTube Shorts"a bənzər şəkildə qısa videolar təqdim edir, lakin əsas fərqi ondadır ki, bütün videolar süni intellekt tərəfindən yaradılır. İstifadəçilər bu klipləri "Facebook" və "Instagram" vasitəsilə asanlıqla paylaşa bilirlər.

Hazırda test mərhələsində olan "Vibes" gələcəkdə daha inkişaf etmiş generativ alətlərlə təchiz ediləcək.

Yeni funksiyanı sınaqdan keçirmək üçün "Meta AI" tətbiqini yükləmək və ya veb saytına daxil olmaq kifayətdir.

Asya
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью