Zukerberq Trampla görüşdü

28.11.2024

Icma.az bildirir, Axar.az portalına istinadən.

Meta Korporasiyasının baş direktoru Mark Zukerberq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşüb.

Axar.az xəbər verir ki, bunu Trampın gələcək köməkçisi, Ağ Evin siyasət və milli təhlükəsizlik məsələləri üzrə aparat rəhbərinin müavini Stiven Miller deyib.

“Bəli, bu, doğrudur. Mark Zukerberq Donald Trampın rəhbərlik etdiyi islahat hərəkatı sayəsində Amerikada və bütün dünyada gördüyümüz dəyişiklikləri dəstəkləmək və iştirak etmək istəyini çox açıq şəkildə ifadə etdi”, - Miller bildirib.

Görüş Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahında baş tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью