Zukerberqin peyvəndi etirafı: Bayden administrasiyası təzyiq etdi

11.01.2025

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

"Facebook", "Instagram" və "WhatsApp" sosial media platformalarının sahibi "Meta"nın qurucu baş direktoru Mark Zukerberq ABŞ prezidenti Co Bayden administrasiyasının pandemiya dövründə onlara senzura üçün təzyiq etdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, Zukerberq qatıldığı podkastda mövzu ilə bağlı açıqlama verib.

"Covid-19" dövründə peyvənd kampaniyası ilə bağlı araşdırmaların aparıldığını xatırladan Zukerberq, Bayden administrasiyasının bu müddət ərzində peyvənd əleyhinə olan tərəfdarları senzura etməyə çalışdığını iddia etdi.

Zukerberq: "Bayden administrasiyasından olan insanlar komandamıza zəng edir, qışqırır və bizi söyürdülər", - deyə qeyd edib.

"Meta" rəhbəri qeyd edib ki, sözügedən telefon zənglərinin heç bir qeydi yoxdur, lakin oxşar məzmunlu e-poçtlar var: “Dəqiq və həqiqəti əks etdirən məzmunu silmək üçün bizə güclü təzyiq göstərdilər. Bir sözlə, peyvəndlərin əks təsirləri olduğunu bildirən yazıların silinməsini istəyirdilər”, - deyə o bildirib.

Zukerberq bunu etməyəcəklərini açıq şəkildə ifadə etdiyini, Baydenin açıqlamalarında "Meta"ya işarə edərək “Bunlar insanları öldürür” dedikdən sonra şirkətinin bir çox dövlət qurumları tərəfindən hədəfə alındığını bildirib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью