Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əməkdar mədəniyyət işçisi, aşıq Zülfiyyə İbadova 14 yaşında atasına verdiyi sözdən danışıb.
Axşam.az xəbər verir ki, sənətçi “Qonaqcanlı” verilişində vədinə sadiq qaldığını bildirib:
“Mən bir dəfə atama söz vermişəm. 14 yaşımdan efirə çıxmışam. Mən bu sənətə gələndə atam demişdi ki, “Səhnənin işıqları yaman gur olur ha, gözünü qamaşdırmasın”. Başa düşdüm ki, nə demək istəyir. Mən də cavab vermişdim ki, səhnəyə ilk addımlarım necə olubsa, ölənə qədər də elə davam edəcəyəm. Ona görə də qətiyyən dəyişmirəm. Heç elə niyyətim də yoxdur”.