Zülfiyyə Xanbabayeva formada qalma sirrini bölüşdü

09.10.2025

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti Zülfiyyə Xanbabayeva formada qalma sirrini bölüşüb. 

Axşam.az xəbər verir ki, müğənni "Söghbət var" proqramında xüsusi pəhriz saxlamadığını deyib. 

"Çörəksiz qala bilmərəm. Gündə bir tikə də olsa yeməliyəm. Qadınlar da var ki, çörəyə həsrətdirlər. Gündə bir dəfə yeyərəm. tez doyuram. Bir də şirniyyat yemirəm. Harasa gedəndə qabağıma qoysalar yeyərəm. Amma alıb evə gətirmələrəm. Burada bəxtim gətirib. Bir də mən çox hərəkətliyəm. Buna görə psixoloqa gedəcəyəm. Otura bilmirəm, tez-tez dururam. İnsanlar dəniz kənarında uzanıb, dincələr. Mən isə sahildə o başa, bu başa gəzərəm" deyə, Xanbabayeva əlavə edib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью