Zülfiyyə Xanbabayevanın yeni işi Video+Fotolar

04.11.2026

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xalq artisti Zülfiyyə Xanbabayeva “Bir nəfəs qədər” adlı yeni mahnısını və ona çəkilən klipi təqdim edib.

Axşam.az xəbər verir ki, bəstənin musiqisi Aytən Əliyeva, sözləri Ceyhun Məmmədova məxsusdur. Mahnının aranjimanı və səs uzlaşması Samir Sultanov tərəfindən hazırlanıb. Layihənin vokal prodüseri İsmayıl Əsədovdur.

Bakıda lentə alınan klipin rejissoru Delee Orucludur. Müğənninin saç və makiyajını tanınmış stilist Elnur Həsənov edib.

Layihə Nigar Hacızadənin prodüserliyi ilə həyata keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью