Zülfüqar Rüfətoğlu vəfat etdi FOTO

09.11.2024

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tanınmış şair Zülfüqar Rüfətoğlu Londonda müalicə aldığı xəstəxanada vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya şairin qardaşı, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə deyib.

Qeyd edək ki, Z.Rüfətoğlu uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi.

Xatırladaq ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu 1958-ci ildə Bakıda anadan olub. “Şirbalanın məhəbbəti” filminin ssenari müəllifi, “Səhər” qəzetinin təsisçilərindən biri, “Mavigözlü ögey ana” kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. Uzun illər “BBC Azərbaycan” xidmətində fəaliyyət göstərib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью