Zülfüqarov Zelenskini pislədi: Bu cinayətdir

03.03.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beləliklə, bəlli oldu ki, Zelenski bilərəkdən Ukraynadakı müharibə mövzusunu liberallarla mühafizəkarlar arasında mübarizənin bir hissəsinə çevirib. 

"Cebheinfo.az"  xəbər verir ki, bunu politoloq Tofiq Zülüfqarov bildirib.

O, "Facebook" hesabında yazıb: "Əslində, o həm ABŞ-nin daxili siyasi sferasında, həm də təklif olunan hərəkətlərin xarici siyasət konsepsiyasında Trampa və onun layihəsinə qəsdən hücuma şərait yaradıb.

Bu, Ukraynanın özünə və vətəndaşlarına sərf edəcəkmi? Əminəm ki, liberal və mühafizəkar layihələr arasında mübarizənin necə bitməsindən asılı olmayaraq, sırf öz hakimiyyətini qorumaq üçün yenidən qarşıdurma meydanına çevrilmək, yumşaq desək, cinayətdir".

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью